DİN FƏLSƏFƏSİ

[Religionsphilosophie; fr. Philosophie de la religion; osm. tr. felsefeyi diniyye]. Dinin ideyalarının özünü və mənasını əsaslandırmağı və açıb ortaya çıxarmağı qarşısına məqsəd qoyan fəlsəfə sahəsi. Fəlsəfənin maraqlandığı sahələrdən biri də dindir. Çünki din faktı insanlıq üçün tarix boyunca əhə-miyyətli olmuşdur. Sadəcə din fəlsəfəsi, dinşünasların, din ilə məşğul olanların din haqqında müzakirələr aparması demək deyil, bu eləcədə filosoflara aiddir. Din fəlsəfəsi ilə məşğul olanlar, insanın digər məlumatları ilə dini məlumatı arasındakı əlaqələri, inancın quruluşunu, dinin nə olduğunu anlamağa çalışar.
DİN
DİNAMİZM
OBASTAN VİKİ
Din fəlsəfəsi
Din fəlsəfəsi (ing. Philosophy of religion) — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu. == Fəlsəfi fikirlər == Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I–II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Elm fəlsəfəsi
Elmin fəlsəfəsi
Elmin fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir. Elmin fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır. "Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir. == Kateqoriyaları == "Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür: Bütövlükdə fəlsəfə; Ayrı-ayrı elm sahələrinin fəlsəfəsi (təbiətşünaslıq, humanitar elmlər). Bu da iki yerə bölünür. Ayrı-ayrı elmlər, fənlər (mexanika, astronomiya, tarix, sosiologiya, kitabxanaşünaslıq, filologiya, dilçilik və s.). Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir. == Hegelin nəzəriyyəsi == Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur.
Fizika fəlsəfəsi
Fizika fəlsəfəsi — fəlsəfənin bir hissəsi kimi fizika anlayışını, sərhədlərini və metodologiyasını öyrənən bir fəlsəfə bölməsidir. Vəziyyətinin bir hissəsi olaraq, fizika fəlsəfəsi, məsələn, ontoloji və fiziki proqnozların uyğunsuzluq problemini təhlil edir: məsələn, fizikanın zamanı ən sabit prosesin axını kimi anlaması və zamanın axını kimi ontoloji anlayışı ümumi və ya faz dəyişikliyində: keçmiş, indiki, gələcək. Fizika fəlsəfəsinə yalnız fiziki aləmdə özünü göstərən səbəbiyyət problemi və sonuncusu ilə əlaqələndirmə problemi də daxildir. Son zamanların fizika fəlsəfəsi sahəsində ən əlamətdar araşdırmalar A. Grünbaumun "Məkan və zamanın fəlsəfi problemləri" və DV Dzhoxadzenin "Aristotel dialektikası" adlı əsərləri və B. Smithin çoxsaylı tədqiqatları, o cümlədən birgə fenomenoloji dünya "," Keyfiyyətli fizikanın yeni əsasları "və s. Eyni zamanda, fizika fəlsəfəsinin problemi, fəlsəfənin bu hissəsində, ümumiyyətlə qəbul edilmiş kateqoriyalar aparatlarının praktik olaraq olmamasıdır. == Biblioqrafiya == === Kitablar === Хютт В. П. Абсолютность и относительность в интерпретации квантовой механики. Тарту. Учёные записки Тартуского государственного университета. Вып. 174.
Fransız fəlsəfəsi
Fransız fəlsəfəsi, Fransız dilində fəlsəfə mənasını verən bu düşüncə, son dərəcə çoxyönümlü olmuşdur və yüz illərlə, Orta Əsrlərdəki Pyer Abelar sxolastikçiliyindən, Rene Dekart tərəfindən müasir fəlsəfənin qurulması ilə, XX əsr fəlsəfəsinə qədər, Qərb fəlsəfəsinə bir bütün olaraq təsir etmişdir. elm fəlsəfəsi , ekzistensializm , fenomenologiya , strukturalizm, postmodernizm.
Hind fəlsəfəsi
== Qədim Hindistan fəlsəfəsi == Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür. Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir. Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brahman) hakimiyyətinə arxalanan racələr dururdu.
Həyat fəlsəfəsi
Həyat fəlsəfəsi (alm. Lebensphilosophie‎) — XIX illərin sonu — XX əsrin əvvəllərində Almaniyada üstünlük təşkil edən Avropa fəlsəfəsindəki irrasionalist cərəyan. == Yaranması == Həyat fəlsəfəsi romantizmin hökmranlığı fonunda yaranmış və Maarifçiliyin rasionalizminə bir reaksiya idi . Bu hərəkatın “xaç atası”, fəlsəfəsi ilə qəribə şəkildə Kantian və Buddist motivləri birləşdirən Artur Şopenhauerdir . Əgər fenomenlər dünyası təmsilçilikdirsə, onda özümüzdə bildiyimiz tək şey dünya iradəsidir.
Kimya fəlsəfəsi
Kimya fəlsəfəsi — fəlsəfənin əsas anlayışları, inkişaf problemlərini və elmin bir hissəsi kimi kimya metodologiyasını öyrənən bir bölməsidir. Elm fəlsəfəsində kimyəvi problemlər fizika fəlsəfəsi və insan biliyinə gətirib çıxaran həddindən artıq idrak vəziyyətlərinin təzahür etdiyi riyaziyyat fəlsəfəsindən daha təvazökar bir yer tutur. Kimyəvi biliklərin inkişafı və kimya təməl konsepsiyalarının təkamülünün fəlsəfi təhlili kimya fəlsəfəsində mühüm rol oynayır. Bu analizdə mühüm rolu kimya elminin inkişafı üçün konseptual sistemlər nəzəriyyəsini yaradan və inkişaf etdirən görkəmli rus kimyaçısı və filosofu V.İ.Kuznetsov oynamışdır. Mütləq ideyanın formalaşma tarixini təsvir edən Hegelin “Məntiq” də üç növ “obyektivlik” — mexanizm, kimya və orqanizm qeyd olunur. == Kimya ilə fizika arasındakı əlaqənin fəlsəfi problemləri == Kvant mexanikası faktiki olaraq kimya problemlərini tətbiqi riyaziyyat problemlərinə qədər azaldır. Q.M. Şvab bu vəziyyəti kimyanın nəzəri və idrak böhranı adlandırdı. Bununla birlikdə, kimyəvi fenomenlər mürəkkəbliyinə görə fiziki hadisələrlə azaldır. “Bir fizik üçün bir maddə ən çox sadəcə maraq fəaliyyətinin baş verdiyi arenadır; fərqli maddələrə yalnız müşahidə olunan fenomen tamamilə fərqli yollarla davam etdiyi təqdirdə, prosesin fərqli modellərinin yaradılması tələb olunduqda müraciət edəcəkdir. Kimyaçı maddə ilə və xüsusilə vacib olan maddələr seriyası ilə maraqlanır.
Misir fəlsəfəsi
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Muğam fəlsəfəsi
Muğam fəlsəfəsi — Könül Bünyadzadənin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi olaraq nəşr etdiyi kitab. Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”. Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müharibə fəlsəfəsi
Müharibə fəlsəfəsi — fəlsəfənin müharibənin səbəbləri, müharibə ilə insan təbiəti arasındakı əlaqə və müharibə etikası kimi məsələlərin araşdırılmasına həsr olunmuş sahəsi. Müharibə fəlsəfəsinin müəyyən aspektləri tarix fəlsəfəsi, siyasi fəlsəfə, beynəlxalq münasibətlər və hüquq fəlsəfəsi ilə üst-üstə düşür . Müharibə fəlsəfəsində ən böyük və ən təsirli əsərlərdən biri Karl fon Klauzevitsin "Müharibə haqqında" əsəridir. O, strategiyaya dair müşahidələri insan təbiəti və müharibənin məqsədi ilə bağlı suallarla birləşdirir. Klauzevits xüsusilə müharibənin teleologiyasını – müharibənin özündən kənarda bir məqsədə çatmaq üçün bir vasitə olub-olmaması, yoxsa öz-özlüyündə məqsəd olub-olmamasını araşdırır. O, nəticəyə gəlir ki, sonuncu belə ola bilməz və müharibə "müxtəlif vasitələrlə siyasət"dir. Yəni, müharibə yalnız öz naminə mövcud olmamalıdır. Bu, dövlət üçün müəyyən məqsədlərə xidmət etməlidir. Lev Tolstoyun "Hərb və sülh" romanında müharibə fəlsəfəsinə dair tez-tez fəlsəfi eskurslar, həmçinin xristianlıqdan və Tolstoyun Napoleon müharibələri ilə bağlı müşahidələrindən əldə edilən daha geniş metafizik fərziyyələr yer almışdır. Əsər növbəti dövrlərdə müharibə haqqında düşüncələrə təsir etmişdir.
Mədəniyyət fəlsəfəsi
Mədəniyyət fəlsəfəsi — ümumiyyətlə mədəniyyətin mahiyyətini, quruluşunu və inkişafını izah etmək üçün istifadə olunur. Onun tarix fəlsəfəsi ilə ümumi bir sahədə maraqları var. Mədəniyyət fəlsəfəsi adlandırması çox sonralar müzakirə mövzusu olmaqla birlikdə, bu sahədə işlər Sokrat əvvəli filosoflara qədər uzanmaqdadır.
Məntiq fəlsəfəsi
Məntiq fəlsəfəsi — məntiq fəlsəfəsinin məqsədi məntiq elminin əsas konsepsiyalarını aydınlaşdırmaq və onun prinsiplərini əsaslandırmaqdır.
Pançasila Fəlsəfəsi
İndoneziya Respublikasının siyasi sisteminin ana xəttini “Pancasila” fəlsəfəsi təşkil edir. Sanskrit dilində “beş prinsip” mənasını verən və İndoneziya Respublikasının dövlət ideologiyası sayılan “Pancasila”nın birinci prinsipi olan “Vahid Tanrıya inanc” ölkə həyatının bütün sahələrində dinin əhəmiyyətini göstərir. Bu prinsipə görə ateizm qəbul edilmir, Vahid Tanrıya inanc təbliğ edilir, bütün dinlərə ibadət zəmanət altına alınır və qeyd olunan faktlar Konstitusiyada öz əksini tapmışdır. Ədalətli və müasir cəmiyyət prinsipinə görə hər insanın Vahid Tanrının bir varlığı olduğuna görə şərəfli davranılmaq haqqı var . İndoneziyanın birliyi prinsipi milliyyətçilik anlayışı və vətən sevgisini vurğulayır, milli birlik və bütünlüyü təşviq edir .Bəhs olunan milliyyətçilik İndoneziyalıların etnik mənsubiyyət və dəri rənginə görə özlərini başqalarından üstün görməmələrini vacib sayır.İndoneziya dövlətinin rəsmi şüarı “Bhinneka Tunggal Ika” “müxtəlifliklərin birliyi” mənasını verir. Demokratiya prinsipi qərarların hikmət və müşavirə ilə verilməsini ifadə edir.İctimai ədalət prinsipi bütün cəmiyyət üçün dinamik və yenilikçi, eyni zamanda bərabər ictimai ədaləti və rifahı təmsil edir. Bu prinsipə görə ölkənin bütün təbii qaynaqları və potensialı xalqın firavanlığı və xoşbəxtliyi üçün istifadə edilməlidir.İctimai ədalət müdafiəyə ehtiyacı olanların qorunmasını təbliğ edir . Konstitusiya bütün konfessiyaların din azadlığını və bərabərliyini təmin edir. Dövlətin siyasətinin mühüm tərkib hissəsinə çevrilən “Pancasila” fəlsəfəsi çox mədəniyyətli ölkənin vahid milli kimliyə qovuşmasına, milli özünüdərkinə böyük töhfə vermişdir.Müasir dövrdə İndoneziyada məqsədyönlü siyasət formalaşmış, bütün dinlərin,etnosların bərabər və yanaşı yaşamasını təmin edən dövlətçilik fəlsəfəsi möhkəmlənmişdir. Qanunvericilikdə ölkəyə xas yanaşmalar da bu sistemə daxil edilmişdir.
Qitə fəlsəfəsi
Qitə fəlsəfəsi — müasir Avropa fəlsəfəsinin iki əsas "ənənəsi"ndən birini bildirmək üçün istifadə olunan termin. Belə adlandırmadan bu ənənəni ingilis-amerikan fəlsəfəsindən və ya analitik fəlsəfədən fərqləndirmək üçün istifadə edirlər. Belə ki, fərq ilk dəfə üzə çıxarılanda (XX əsrin ortalarında) qitə fəlsəfəsi bütün Avropada dominat fəlsəfə idi, analitik fəlsəfə isə ingilisdilli dünyada əsas ənənə sayılırdı. Qitə fəlsəfəsinin aşağıdakı cərəyanları var: Həyat fəlsəfəsi; Fenomenologiya; Ekzistensializm; Hermenevtika; Strukturalizm; Poststrukturalizm və postmodernizm; Dekonstruktivizm; Fransa feminizmi; Frankfurt məktəbi fəlsəfəsi; Psixoanaliz; Fridrix Nitsşenin əsərləri; marksizmin əksər qanadları (qeyd etmək lazımdır ki, özünə analitik ənənənin xüsusiyyətlərini daşıyan analitik marksizm də var).
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan "neopozitivizm", "praqmatizm", "ekzistensializm", "personalizm" və "neotolizm" və başqaları əsas yer tutur. "Neopozitivizm" cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri R. Carnap, A. Ayer, B. Rassel, L. Vitgenşteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm "hadisələri və faktları", daha doğrusu subyektin şüurundakı "hissi məlumatları" hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Riyaziyyat fəlsəfəsi
Riyaziyyat fəlsəfəsi — riyaziyyatın fəlsəfi əsaslarını və problemlərini araşdıran elm fəlsəfəsinin bir hissəsi: ümumiyyətlə riyaziyyatın ontoloji, epistemoloji, metodoloji, məntiqi və aksioloji əsasları və prinsipləri, onun müxtəlif istiqamətləri, fənləri və nəzəriyyələri. Geniş mənada, riyaziyyat fəlsəfəsi riyazi ifadələrin mənasını və mücərrəd obyektlərin mahiyyətini öyrənmək üçün riyaziyyat "dilinin" semantik nəzəriyyəsinin qurulması ilə məşğul olur. Pifaqor kimi yunan riyaziyyatçıları mülahizələrin sübutu anlayışını işləyib hazırlamaqla, hər şeydən öncə riyaziyyatın prosedur və operasion tərəflərini inkişaf etdirmişlər. Yəni, riyazi sübut – aşkar aksiomlardan məntiqi olaraq ümumi əhəmiyyətə malik olan həqiqi nəticələrin alınmasından ibarətdir. Biz o sistemi aksiomatik-deduktiv sistem adlandırırıq ki, o, aksiomlardan, nəticə çıxarma qaydalarından və onların köməyi ilə alınmış mülahizələrdən (teorem) ibarətdir. B.e.ə. təxminən 300-cü illərdə İsgəndəriyyədə yaşamış Evklid bu nəzəri əsasa istinad edərək riyaziyyata dair dərslik yazmışdı, bu dərslik də öz əhəmiyyətini bizim günlərə qədər saxlamışdır. Bu dərslikdən Nyuton özünün fizikasında istifadə etmişdir, burada şərh olunan təfəkkür tərzini isə Dekart və digər filosoflar qədim təfəkkürün istənilən şəklinin idealı olaraq şərh etmişlər. Riyaziyyat // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
SSRİ fəlsəfəsi
SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
Siyasət fəlsəfəsi
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Hüquq fəlsəfəsi
Hüquq fəlsəfəsi hüququn təbiətini və hüququn digər normalar sistemləri, xüsusən də etika və siyasət fəlsəfəsi ilə əlaqəsini araşdıran fəlsəfənin bir qoludur. Hüquq fəlsəfəsini Analitik hüquq və Normativ hüquqa bölmək olar. Analitik hüquqşünaslıq hüququn əsas xüsusiyyətlərini müəyyən etməklə hüququn nə olduğunu və nəyin olmadığını müəyyən etmək məqsədi daşıyır. Normativ hüquqşünaslıq həm hüququ formalaşdıran qeyri-hüquqi normaları, həm də qanunun yaratdığı və insan fəaliyyətinə rəhbərlik edən hüquq normalarını araşdırır. == Analitik Hüquq == Sosial elmlərin metodlarından istifadə etməklə hüquqi anlayışların məzmununu araşdıran eksperimental hüquqdan fərqli olaraq analitik hüquqşünaslıq konseptual təhlil alətləri vasitəsilə hüququn mahiyyəti haqqında ümumi məlumat verməyə çalışır. Hüquqşünaslar konkret yurisdiksiyada konkret məsələ ilə bağlı qanunun nə olduğu ilə maraqlandıqları zaman, hüquq filosofları mədəniyyətlər, zamanlar və məkanlar arasında paylaşılan hüququn xüsusiyyətlərini müəyyən etməkdə maraqlıdırlar. Birlikdə götürüldükdə, hüququn bu təməl xüsusiyyətləri filosofların ardınca getdikləri universal tərifi təklif edir. Ümumi yanaşma filosoflara, məsələn, hüququ əxlaqdan, siyasətdən və ya praktiki səbəblərdən ayıran şeylər haqqında suallar verməyə imkan verir. Çox vaxt bu sahənin alimləri qanunun onu digər hadisələrdən ayıran unikal xüsusiyyətlər toplusuna malik olduğunu güman edirlər, baxmayaraq ki, hamısı bu ehtimalı bölüşmür. Bu sahə ənənəvi olaraq hüququn mahiyyəti haqqında məlumat verməyə diqqət yetirsə də, bəzi alimlər qanun çərçivəsindəki sahələrin təbiətini, məsələn, hüquq pozuntusu hüququ, müqavilə hüququ və ya cinayət hüququnu araşdırmağa başlamışlar.
Vyetnam fəlsəfəsi
Vyetnam fəlsəfi fikrinin tarixi qədim dövrlərə gedib çıxır. Aydındır ki, artıq e.ə. III–I əsrlərdə Şimali Vyetnam ərazisində fəlsəfi bilik elementləri ilə dini və mifoloji ideyaların müstəqil politeist sistemi inkişaf etmişdir. Eramızın ilk əsrlərində Hindistan və Çindən dini və fəlsəfi cərəyanlar nüfuz edir: Buddist fəlsəfə, Konfutsiçilik, Taoizm. Qeyd etmək lazımdır ki, eramızın ilk əsrlərində Vyetnamın cənub ərazisi İran, Roma və xüsusilə Hindistanla mədəni əlaqələri olan Çin adı ilə Funan adı ilə tanınan dövlətin tərkibində idi. VI əsrdə Şimali Vyetnam ərazisində müstəqil Vansuan dövləti yarandı. 7-ci əsrin əvvəllərində bu dövlət Çin Sui sülaləsi tərəfindən fəth edildi. Bu dövrdə, VI əsrdən X əsrlərə qədər Vyetnam fəlsəfəsində Buddizm üstünlük təşkil edən cərəyan idi. Onun yayılmasının ləyaqəti Cənubi Hindistandan olan vaiz Vinitaruçiyə aid edilir. Buddizm sayəsində və Hindistan əyalətinin cənub-şərqində yerləşən Hindistanın Çampa əyaləti vasitəsilə vyetnamlılar hind mədəniyyəti ilə tanış oldular.
Təbiət fəlsəfəsi
Naturfəlsəfə və ya təbiət fəlsəfəsi (lat. natura - “təbiət”) — təxminən XVIII əsrə qədər təbiətşünaslıq elminin ən ümumi qanunlarının ayrılmaz sistemi kimi başa düşülən təbiət fəlsəfəsini ifadə edən tarixi termin . "Filosophia naturalis" termini ilk dəfə Senekada rast gəlinir. Naturfəlsəfə qədim zamanlarda təbiət hadisələrinin "yekun səbəblərini" və əsas qanunauyğunluqlarını tapmaq cəhdi kimi yaranmışdır. Orta əsrlərdə təbiət fəlsəfəsinin ən görkəmli nümayəndələri sxolastlar olmuşdurlar. XVIII əsrə qədər təbii fəlsəfi sistemlərin əksəriyyəti sırf spekulyativ idi; klassik fizikanın meydana çıxması ilə təbiət fəlsəfəsi tez bir zamanda elm fəlsəfəsi ilə əvəzləndi və sübut üçün zəruri görünməyən hər hansı bir fərziyyə ilə kəsişdi. Lakin XIX-XX əsrlərdə yenidən müxtəlif naturfəlsəfi sistemlər meydana çıxdı. Prof. Martin Mininin qeyd etdiyi kimi rus ədəbiyyatında qədim yunan fəlsəfəsinə münasibətdə “naturfəlsəfə” termini adətən sofistlərdən və Sokratdan başlayan insan haqqında təlimdən fərqli olaraq onun əhatə etdiyi təbiət haqqında təlimlərin şərhinə diqqət yetirir . İslam ölkələrində ən mühüm fəlsəfə məktəbləri Kəlam və Peripatetzim adlanır.
İdman fəlsəfəsi
İdman fəlsəfəsi — idman fəlsəfəsi idman növləri haqqında bir fəlsəfədir. İnsan həyatında idman məsələlərini konseptual təhlil edir. Bu mövzular bir çox sahələri əhatə etsə də, əsasən beş kateqoriyaya bölünür: metafizika, etika və əxlaq fəlsəfəsi, hüquq fəlsəfəsi, siyasi fəlsəfə və estetika.